9 Mart 2020 13:19
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada neftin qiymətinin 20%-dən çox ucuzlaşması fonunda beynəlxalq valyuta bazarında 1 dollar 72 rubla, avro isə 82 rubla yüksəlib.

Teleqraf.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Moskva vaxtı ilə saat 03:20-dək dollar 72,4 rubla satılıb. Avronun qiyməti isə 82,37 rubla qədər yüksəlib. Əvvəlki ticarətin bağlanışında avronun qiyməti 80 rubldan çox olmayıb.

Qeyd edilir ki, martın 9-da Moskva birjasında 8 mart bayramının qeyd edilməsinin davam etməsi ilə əlaqədar valyuta ticarəti edilməyəcək. Martın 10-dan etibarən ticarət bərpa olunacaq.

Martın 9-da Brent markalı neftin bir bareli 35 dollara düşüb, WTI markalı neftin bir bareli isə 32 dollara satılıb. Əvvəlki hərracların bağlanışında Brent 46, WTI isə 41 dollar səviyyəsində idi. Belə ki, ucuzlaşma sonuncu dəfə neft 2016-cı ilin yanvarında qeydə alınıb.

Rusiya Mərkəzi Bankının risk ssenarisinə görə, bir barel neftin qiyməti 25-35 dollara düşərsə 2020-2022-ci illərdə Rusiya iqtisadiyyatında resessiya (tənəzzül) qeydə alınacaq və ÜDM bu il 1,5-2% azalacaq. Bu vəziyyətdə inflyasiya rublun əhəmiyyətli dərəcədə zəifləməsi səbəbindən 2020-ci ildə 6,5-8%-ə yüksələcək.

Bununla belə maliyyə naziri Anton Siluanov neftin qiymətinin 20-30 dollara düşməsi halında belə Rusiyanın büdcə öhdəliklərini üç-dörd il ərzində yerinə yetirə biləcəyini iddia edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər