Bu gün səhər neftin qiyməti 6-7%-ə qədər bahalaşıb, "Brent" markalı neftin bir barelinin qiyməti 30 ABŞ dollarını keçib.
Teleqraf.com xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
"Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 6,01% artaraq bir barel üçün 30,17 ABŞ dollarına çatıb. WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 7,02% artaraq 27,72 ABŞ dolları təşkil edib.
Neft bazarında artım ardıcıl olaraq iki gündür davam edir.