11 Aprel 2020 09:14
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusları koronavirus təhlükəsindən qoruyan vaksin üzərində iş bir il vaxt aparacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Pyotr adına Sankt-Peterburq Politexinek Universitetinin professoru, virusologiya və onkologiya üzrə tədqiqatların rəhbəri Andrey Kozlov deyib.

Onun sözlərinə görə, söhbət tam təhlükəsiz DNT-vaksinlərdən gedir.

Alim bildirib ki, bir neçə ay ərzində vaksin heyvanlar üzərində klinikaya qədər sınaqdan çıxarılmalıdır, sonra könüllülər kliniki yoxlamaya cəlb olunmalıdırlar.

Oksford Universitetinin tədqiqatçıları isə sentyabr ayında koronavirusa qarşı vaksini təqdim etməyi planlaşdırırlar.

Bu barədə vaksinin axtarışı ilə məşğul olan komandanın rəhbəri, universitetin professoru Sara Gilbert deyib. O bildirib ki, nəticələrin payızın əvvəli təqdim ediləcəyindən 80 faiz əmindir.

Qeyd edək ki, mart ayında Oksford Universitetində vaksinin yalnız ilin sonuna hazır olacağını deyirdilər.
Hazırda alimlər vaksinin insanlar üzərində testlərinin yaxın iki həftədə başlayacağını təsdiq edirlər.


Müəllif: Mahir