13 Aprel 2020 16:43
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEK + sazişi bazarların xaosa düşməsinin qarşısını aldı”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“İnanırıq ki, bu sövdələşmə xaosa sürüşmənin qarşısını almağa kömək etdi və indi daha az və ya sabit qiymət dinamikasının qorunmasına kömək edəcək”, - Peskov jurnalistlərə bildirib.

Yeni OPEK+ anlaşmasına görə, birinci mərhələdə alyans hasilatı gündə 9.7 milyon barel, sonra 8 və 6 milyon azaldacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər