21 Aprel 2020 08:05
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"WTI" markalı neftin qiymətinin düşməsi əsasən maliyyə təzyiqləri nəticəsində baş verən qısamüddətli haldır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Əgər siz bir ay əvvələ nəzər salsanız, düşünürəm ki, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. Bu, sadəcə maliyyə təzyiqidir. Daha əvvəl heç kim neftin qiymətinin mənfiiyə düşməsi barədə eşitməyib, lakin bu qısamüddətli haldır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər