2 May 2014 11:43
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Sosial Müdafiə Fondunda yeni elektron xidmətlərin təqdimatı keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən fondun şöbə müdiri Məmməd Nuriyev ölkədə “elektron hökünmət”in formalaşdırılmasına ciddi diqqət yetirildiyini bildirib. Şöbə müdirinin sözlərinə görə, bu məmur- vətəndaş münasibətlərinin İKT vasitələrindən istifadə etməklə sadələşdirilməsinə xidmət edir:

“Fondun elektron xidmətlərindən biri də bu gün təqdimatı keçirilən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Bu xidmət 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada fonda təqdim olunmasını nəzərdə tutur. Bura əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olması, uşağa qulluq və dəfn dəfn üçün müavinətlər daxildir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adıçəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir”.

Şöbə müdiri onu da bildirdi ki, 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib. O, belə böyük sayda kontingentə 5 müavinət növü üzrə xidmətin avtomataşdırılması şəffaflığı daha da artıracağəını vurğuladı.

Naibə


Müəllif: