OPEC bu ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Əlcəzairin energetika naziri, OPEC konfransının prezidenti Məhəmməd Abkar deyib.
M.Abkar bildirib: "Təşkilat (OPEC - red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq".
Nazir əlavə edib ki, bu tendensiya "neft hasilatının azaldılması ilə bağlı razılaşmanın (OPEC+ - red.) həyata keçirilməsi" ilə əlaqədar olacaq.