2 İyun 2020 10:57
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya birjasında neft və təbii qaz bahalaşıb.

Teleqraf.com xəbər verir ki, WTI markalı neftin qiyməti 0,93% bahalaşaraq 35,77 dollar olub. Brent markalı neftin qiyməti isə 1,12% artaraq 38,75 dollara çatıb.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də artıb.

İyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,11% artaraq 1,782 ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər