2 İyun 17:17
281

Rusiya və bir sıra OPEC+ ölkələri neft hasilatının azaldılmasının bir ay müddətinə uzadılmasına tərəfdardır.

Teleqraf.com xəbər verir ki, Rusiya və bəzi OPEC+ koalisiya ölkələri iyul ayından etibarən planlaşdırılan istehsal azalmalarını daha da azaltmaq əvəzinə, mövcud kəsikləri bir ay da uzatmağın tərəfdarıdır.

Məlumatlı mənbələr bu təklif ətrafında konsensus olduğunu qeyd edirlər. Rusiya ilə birlikdə OPEC+ koalisiyasının əsas fiquru olan Səudiyyə Ərəbistanının bu təklifi dəstəkləyib-dəstəkləmədiyi məlum deyil. Lakin krallıq hasilat kəsintisinin əlavə üç aylıq uzadılmasına dəstək verir.

Qeyd edək ki, bu il mayın 1-də OPEC tərəfdaşları ilə birlikdə hasilatın azaldılmasına dair razılığa gəldilər. Ölkələr koronavirus məhdudiyyətlərini aradan qaldırmaqla və iqtisadiyyatlarını canlandırmaqla neftə tələbatda da bərpa əlamətlərinin işarəsini gözləyirlər. Artıq kartel üzvləri istehsaldakı sərt məhdudiyyətlərin nə qədər davam etdirəcəyinə qərar verməlidir.

Koronavirusda ikinci dalğanın gələ biləcəyinə dair qorxular isə bərpa proqnozlarını riskə salır. Bareli 40 dollar ətrafında olan qiymətlər hələ də OPEC+ ölkələrinin əksəriyyətinin planlaşdırdığı dövlət xərclərini ödəmək üçün lazım olan səviyyədir.


Müəllif: Yeganə Oqtayqızı