3 İyun 2020 18:18
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın avtomobil nəhəngi “Renault”, koronavirus pandemiyasının vurduğu zərərə görə hökumətin dəstəklədiyi 5 milyard avro (5.6 milyard dolar) həcmində kredit alıb.

Teleqraf.com xəbər verir ki, 90 faizi dövlət tərəfindən maliyyələşdirilən 12 aylıq müddətin əlavə üç il uzadılması mümkündür.

“Renault”un prezidenti Jan Dominik Senar fondun ilin ilk rübündə 5.5 milyard avro itirən şirkət üçün təhlükəsizlik şəbəkəsini təmin etdiyini qeyd edib.

Fransada avtomobil satışı ölkənin koronavirus səbəbiylə sərt izolyasiya tətbiqinə getməsindən sonra avto-qalereyaların bağlanması ilə çökdü. Yeni nəqliyyat vasitəsinin qeydiyyatı aprel ayında 89 faizə düşdükdən sonra 50 faiz azalıb.

Hesablamalara görə, “Renault”un 500 milyon avroluq 2027 fyuçers istiqrazlarını 0,5 faiz artaraq mayın 1-dən bu yana ən yüksək səviyyəyə çatıb. Şirkətin CDS-ləri (iflasdan qorunma dəyəri) 11 əsas bənd düşərək 245 bəndlə bir ayın ən aşağı səviyyəsinə çatıb.

Beynəlxalq kredit reytinq agentlikləri “Fitch Ratings” və “S&P Global Ratings” mart-aprel aylarında reytinqləri azaltdıqdan sonra “Renault”u "səmadan sürgün edilmiş mələk" adlandırmışdı.

Hesablamalara görə, “Renault”un əldə etdiyi dövlət dəstəyi bütün Avropada cəmi 27 milyard dollara çatan maliyyə dəstəyini almaq üçün şirkətlərin yarışdığı bir vaxtda bir şirkətin son ayda istifadə etdiyi ən böyük kreditlərdən birinə çevrilib. Əlavə 18 milyard dollarlıq kreditin ayrılması isə hələlik müzakirə olunur.

Qeyd edək ki, fransız şirkəti geniş dövlət dəstəyini alan yeganə Avropa avtomobil istehsalçısı deyil. Mayın 26-da İtaliya bankı “Intesa Sanpaolo SpA” “Fiat Chrysler Automobiles NV”yə hökumət tərəfindən 6.3 milyard avro (6.9 milyard dollar) həcmində kredit vermişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər