4 İyun 2020 12:05
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya prokurorları “Samsung Electronics”in vitse-prezidentinin həbs olunmasın istəyir.

Teleqraf.com xəbər verir ki, prokurorlar “Samsung”un vitse-prezidenti ilə yanaşı, iki köhnə idarəçisinin də həbsinə qərar verilməsini istəyəcəklər.

Məlumata görə, Cənubi Koreya prokurorları ədalətsiz ticarət əməliyyatları, qiymət manipulyasiyası və audit qaydalarını pozduğuna görə “Samsung Electronics”in vitse-prezidenti Jay Y. Leenin həbsini tələb edir.

“Samsung Electronics” sözçüsü məsələyə münasibət bildirməkdən imtina edib.


Müəllif: Yeganə Oqtayqızı