4 İyun 2020 17:06
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC neft istehsalçılarının koalisiyası başda İraq olmaqla tədarük ixtisarı ilə bağlı öhdəliklərini yerinə yetirməyən üzvlər səbəbindən çökür.

Teleqraf.com xəbər verir ki, qlobal neft bazarlarının canlanmasına kömək edən ittifaq uzun müddət davam edən mübahisənin mənfi təsirinə məruz qalıb.

Məlumata görə, qrupun aparıcı istehsalçıları Səudiyyə Ərəbistanı və Rusiya digər böyük istehsalçı olan İraqın sərgüzəştli davranışlarına olan səbirlərini itiriblər. Digər istehsalçıların əksəriyyəti payına düşən kəsintilərin bir hissəsini yerinə yetirsə də, Bağdadın öhdəliklərə əməl etmədiyi bildirilir.

Görünən odur ki, 23 istehsalçının beynəlxalq neft qiymətlərinin yüksəlməsinə yardım edən tərəfdaşlığı risk altındadır.

Ər-Riyad, Moskva, İraq, Nigeriya və Qazaxıstan kimi vədlərini yerinə yetirməyən digər istehsalçılar da tədarük azalmalarını tədricən azaltmağa başlayacaqları barədə xəbərdarlıq edilib.

Krallıq və Kreml birlikdə hərəkət etməyənlərə qarşı sərt davranır. Onlar nəinki götürdükləri öhdəlikləri yerinə yetirilməsini, eyni zamanda yerinə yetirmədikləri əvvəlki vədlərini kompensasiya etmək üçün önümüzdəki aylarda hasilatın daha çox azaldılmasını istəyirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər