“Volkswagen” qrupunun lüks avtomobil istehsalçı markası olan “Bentley” 1000 işçisini ixtisar edir.
Teleqraf.com xəbər verir ki, şirkətin bu qərarı pandemiya dövründə tələbin azalması ilə bağlıdır.
Brendin ilk növbədə işi könüllü tərk etmək istəyən işçilərlə yollarını ayıracağı deyilir.
Ötən ay marka müdiri Adrian Hallmark birinci rübdə işçilərini məzuniyyətə buraxdıqlarını və yenidən işə çağırdıqlarını deyib. Koronavirus səbəbindən istehsalını dayandıran “Bentley” yarı gücü ilə yenidən istehsala başlayır.
İstehsalçı 2019-cu ildə dünya satışlarını 5 faiz artıraraq 11 min avtomobil satmışdı.