6 İyun 2020 17:15
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC-in 10 üzvü may ayı ərzində OPEC+ sazişinin tələblərinə yalnız 85 faiz əməl edib”.

Bunu Teleqraf.com-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, may ayında 10 OPEC üzvünün sutkalıq neft hasilatı 21,54 milyon barel təşkil edib: “Halbuki öhdəlik sazişinə əsasən bu göstərici sutkada 20,60 milyon barel olmalı idi. Deməli, may ayı ərzində gündəlik olaraq öhdəlik sazişindən 940.000 min barel artıq neft hasil edilib”.

Zəfər Vəliyevin sözlərinə görə, alyansın digər 10 üzvü (Non-OPEC) may ayı ərzində kəsintilərlə bağlı sazişin şərtlərinə 96% əməl edib: “OPEC-dən kənar dövlətlərin may ayında gündəlik neft hasilatı 13,69 milyon barel təşkil edib. Halbuki bu göstərici öhdəlik sazişinə əsasən 13,55 milyon barel olmalı idi.

Deməli, həmin 10 dövlət may ayı ərzində gündəlik olaraq onlar üçün təyin edilmiş kvotadan əlavə 140.000 barel neft hasil ediblər. Görünən odur ki, may ayı ərzində OPEC+ hər gün daxili və xarici bazara 1.080.000 barel xam neft çıxarıb.

Eyni zamanda alyans iştirakçıları gündəlik hasil etdikləri xam neftin tondan (MT) barelə keçidini hansı əmsala (7.33) əsasən hesabladıqları da məlum deyil. Beləliklə, OPEC+ iştirakçıları may ayında bazarda balansın formalaşması ilə bağlı qarşılarına qoyduqları hədəfə az da olsa çatmış hesab edilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı