11 İyun 2020 10:34
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə iyunun 10-na qədər 47,1 milyon manat kompensasiya ödəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər