Dünya bazarlarında neft yenidən bahalaşıb, təbii qaz isə ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,04% artaraq 1 barelə görə 41,70 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,25% artaraq 39,76 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 1,99% azalaraq 1,722 ABŞ dolları təşkil edib.