Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Standard Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
Bu barədə Teleqraf.com-a komitənin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
Naibə