Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi kapital bazarının mütəxəssisləri üçün təlim kursu keçirilib. Kurslarda QKDK-nın, Milli Depozit Mərkəzinin və Bakı Fond Birjasının əməkdaşları iştirak ediblər.
Teleqraf.com-un məlumatına görə, tədbirdə almaniyalı ekspert tərəfindən strateji baxış və idarəetmə, missiya və vəzifələr, strategiyanın hazırlanmasında iyerarxiya, strateji idarəetmə üçün daxili resursların əhəmiyyəti, eləcə də uğurlu strategiyanın təmin edilməsində istedadlı kadrların rolu haqqında ümumi məlumatlar verilib.
Təlimlər “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı üzrə təşkil olunub.