16 İyul 2020 14:35
4 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın valyuta bazarında ABŞ dollarının məzənnəsi yeni rekord həddə çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarından etibarən valyuta bazarında 1 dollar 24 150 tümənə təklif olunub.

Bir avronun qiyməti isə 27 540 tümənə yüksəlib. Hazırda “İmami” adlanan qızıl sikkənin isə 10 950 tümənə satıldığı deyilir.

Qeyd edək ki, İranda son həftələr ərzində xarici valyutanın kəskin şəkildə bahalaşma trendi yaşanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər