16 İyul 2020 18:46
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayında Avropa İttifaqı (Aİ) avtomobil bazarında ümumi satışlar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) açıqlayıb.

Bildirilir ki, Aİ-da yeni avtomobil satışları 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq 949 min 722-yə düşüb.

İyun ayında Aİ ölkələri arasında yeni avtomobil satışları əvvəlki illə müqayisədə Portuqaliyada 56,2 faiz, Xorvatiyada 49,4 faiz, Litvada 40.8 faiz, Yunanıstanda 37.2 faiz, İspaniyada 36 faiz, Almaniyada 32,3 faiz, İtaliyada isə 23.1 faiz azalıb.

Digər tərəfdən, Aİ-da yeni avtomobil qeydiyyatı 2020-ci ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz azalaraq 4 milyon 281 min 549 olub.

Aİ-na üzv olan 27 ölkə arasında ən çox yeni avtomobil Fransada satılıb. İyun ayında Fransada 233 min 814 avtomobil, Almaniyada 220 min 272, İtaliyada 132 min 457, İspaniyada 82 min 651 yeni avtomobil qeydiyyata alınıb.

İstehsalçıların sözlərinə görə, iyun ayında Aİ-da ən çox yeni avtomobil satışını 229 min 973 ədədlə “VW Group” həyata keçirib. İkinci yerdə ümumi 148 min 546 avtomobil satışı ilə “PSA Group” qərarlaşıb. “Renault Group” isə 147 min 488 yeni avtomobil satışı ilə üçüncü yeri tutub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər