17 İyul 2020 10:26
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,29% artıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,06 ABŞ dolları təşkil edib.

***

10:03

Dünya bazarlarında həm neft, həm də təbii qaz ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 43,22 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,22% azalaraq 40,66 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,46% azalaraq 1,720 ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər