ABŞ-ın neft şirkəti olan “Chevron Corp” başqa bir enerji şirkəti “Noble Enerji”ni alacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Chevron” “Noble Enerji”ni 5 milyard dollarlıq səhm mübadiləsi qarşılığında alacaq.
Razılaşma “ Chevron”a ötən ilin sonlarında Şərqi Aralıq dənizində təbii qaz hasilatına başlanılan ən böyük yataq “Leviathan”a tərəfdaş olmağa imkan verəcək.
“Chevron” 5 milyard dollar dəyərində səhm alması ilə qaya neft yataqlarını genişləndirəcək.
Qeyd edək ki, aprel ayında koronavirus böhranı səbəbindən neftin qiymətləri rekord səviyyəyə enmişdi. Qiymətlər nisbətən yaxşılaşmağa başlasa da, bazarda durğunluq davam edir. COVID-19 epidemiyasının yenidən artması aktivləri daha da ucuzlaşdırıb.