ABŞ-da ikinci əl ev satışları ayda 20,7 faiz artaraq iyun ayında 4.72 milyona çatıb.
Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Milli Rieltorlar Assosiasiyası (NAR) açıqlayıb.
Bazarın gözləntisi mart ayından bəri satışların iyun ayında 24.5 faiz artaraq 4.78 milyona çatması yönündə idi. Lakin ikinci əl ev satışları ayda 9.7 faiz azalaraq may ayında 3.91 milyona düşmüşdü.
İyunda ölkədə ikinci əl ev satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalıb.
Evlərin orta qiymətləri iyun ayında illik müqayisədə 3,5 faiz artaraq 295 min 300 dollara çatıb.
NAR hesab edir ki, ikinci əl satışlarında sürətli bir bərpa prosesi gedir. Bərpa işlərinin aşağı mənzil kredit dərəcələri və məşğulluq səbəbi ilə davam edəcəyi gözlənilir. Eyni zamanda karantin müddətində mənzil qiymətlərinin artdığı, alıcı rəqabəti və tədarük çatışmazlığı səbəbindən daha da arta biləcəyi bildirilir.