Bu gün qızılın unsiyasının qiyməti növbəti psixoloji həddə çatıb.
Teleqraf.com xəbər verir ki, qızıl fyuçersləri Sinqapur vaxtı ilə saat 9:27-də 2.3 faiz artıb.
Tarixdə ilk dəfə qızıl fyuçersləri bir unsiya üçün 2000 dollar səviyyəsini üstələyib. Dəyişməz qızıl qiymətləri 1 unsiya üçün 1 933,44 dollar həddində olub.
Gümüş 6 faizdən çox dəyər qazanaraq bir unsiyası 26 1236 dollara çatıb. Bu, 2013-cü ilin aprel ayından bəri ən yüksək göstəricidir. Gümüş fyuçerslərinin qiyməti isə 7 faiz artıb.