10 Oktyabr 2014 10:57
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat açıqlayıb.

Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, borcunu ödəməyənlər Start İdman Kompleksi və icarə obyektinin vergi ödəyicisi “A.Təbriz” İstehsalat Kommersiya firması, daş karxanası kimi fəaliyyət göstərən “Savalan-1” firması, yeməkxananın məxsus olduğu “Ocaq” müəssisəsi, elektrik avadanlığı təmiri xidməti göstərən “Trustaz” MMC, daş karxanası kimi fəaliyyət göstərən “Zəhmət” firmasıdır.

Restoran xidməti göstərən Emin Süleymanov, “Topaz” obyekti işlədən Teymur Cəlilov, daş karxanasının məxsus olduğu “Enso” MMC, Ailəvi İstirahət Mərkəzinin sahibi Gülbəniz Kərimova, “Daşqın-R.D” MMC, “İstanbul Sity” otelin vergi ödəyicisi Vüqar Rəhimov, “Piramida” restoranı, “Argus” MMC də vergi borcunu ödəməyənlərdir. “Çinar” restoranı, “Qızıl quş” restoranı, “CTF” firması Nabran istirahət mərkəzi, “Turist” restoranı da daxil olmaqla ümumilikdə 59 obyektin sahibinin adı vergi borcunu ödəməyən vergi ödəyicilləri siyahısına salınıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər