30 İyul 2020 15:38
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft şirkətləri "Shell" və "Total" ticarət əməliyyatları sayəsində ikinci rübdəki mənfəətlərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, analitiklərin gözləntilərinin əksinə olaraq hər iki şirkət enerji sənayesi üçün ən pis dövr hesab olunan rübdən salamat çıxmağı bacarıb.

İnvestorlar koronavirus pandemiyasının enerji nəhənglərinin demək olar ki, bütün fəaliyyətlərinə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq etmişdi. Ancaq enerji şirkətlərinin verdiyi açıqlamalara görə, zərərləri neft ticarətindəki qazancla balanslaşdırılıb.

“Shell” və “Total” bu dəfə də ənənəni pozmayıb, hər iki şirkət gəlirlərini necə qazandıqlarını tam açıqlamayıb.

“Shell”in ikinci rübdəki xalis mənfəəti illik müqayisədə 82 faiz azalaraq 638 milyon dollar təşkil edib. Analitiklər şirkətin orta hesabla 664 milyon dollar zərər görəcəyini təxmin edirdi.

“Total”ın qazancı sürpriz şəkildə 126 milyon dollar olub. Şirkətin 443 milyon dollar ziyana uğrması gözlənilirdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər