10 Oktyabr 2014 13:04
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayı ərzində ölkəmizdə elektron ticarətin həcmi artaraq 4,4 milyona çatıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin doqquz ayı üzrə elektron pərakəndə ticarət dövriyyəsinin həcmini açıqlayıb.

Komitədən verilən məlumata görə, bu müddətdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 94,9 faizini qeyri-ərzaq malları təşkil edib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər