“Brent” markalı neftin bir barelinin qiyməti martın 6-dan bəri ilk dəfə olaraq 45 dolları keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ticarət məlumatlarında məlumat verilib.
Bu gün saat 11:45-ə olan məlumata görə, Şimal dənizindən çıxarılan “Brent” markalı neft qarışığının oktyabr fyuçerslərinin qiyməti 1,46 faiz artaraq bir barrel üçün 45,08 dollara çatıb.
WTI markalı neftin sentyabr fyuçersləri 1,51 faiz bahalaşaraq bir barelə görə 42,33 dollar olub.