6 Avqust 2020 12:50
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sahibkarların icarə haqqından müvəqqəti azad olunması qərarı özəlləşdirmədə olan müəssisələrdə yerləşən sahibkarlıq subyektlərinə güzəşt edilməsi məqsədi daşıyır. Onlar əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqqından 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək azaddırlar”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, ilin sonunadək hüquqi şəxslər və fərdi sahibkarlar icarə haqqı ödəməyəcəklər:

“İcarə vergisi 14 faizdir və digər bir iqtisadi paket çərçivəsində həmin vergi dərəcələri iki dəfə azaldılaraq 7 faizə salınıb. Bu ondan xəbər verir ki, pandemiyanın davam etdiyi aylarında da sahibkarların dəstəklənməsi prioritet olacaq. Praktik mənada sahibkarlar həm birbaşa, həm də dolayı dəstəkdən faydalanmaq imkanı qazanır.

Söhbət dövlət obyektlərində yerləşən və həmin obyektlərdə fəaliyyət göstərən sahibkarlara tətbiq edilən güzəştlərdən gedir. Bu, həmin sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır. Eyni zamanda digər paketlə özəl sahibkarlar üçün icarə vergisinin dərəcəsinin iki dəfə azaldılması həyata keçirilib”.

Vüqar Bayramov onu da qeyd edib ki, pandemiyanın mənfi təsir etdiyi sektorlarda çalışan sahibkarlara dövlət dəstəyi davam etdirilir: “Həmin sahibkarlar üçün birbaşa dəstək birinci dövlət tərəfindən təklif olunub. Xüsusən mikro və fərdi sahibkarlara ödənişlərin edilməsi, eyni zamanda muzdlu işçiləri olan sahibkarların da əməkhaqqıların tam və ya qismən ödənilməsi həyata keçirildi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər