7 Avqust 2020 16:28
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP şirkəti özünün neft-qaz aktivlərinin əhəmiyyətli hissəsini satmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu məlumatı “Royter” agentliyi yayıb. Məlumata görə, şirkət bərpa olunan enerji sferasına yatırım etmək istəyir.

BP rəhbərliyinin bu strategiyanı iyulda müzakirə etdiyi vurğulanıb.

BP-nin həmçinin iyul ayında 25 milyard dollar həcmindəki aktivlərini satacağı qeyd edilib. Bu sıraya xüsusilə Kanada və Anqoladakı aktivlərin aid ediləcəyi bildirilib.

Agentliyə açıqlama verən analitik Parul Çopra şirkətin bu ölkələrlə bərabər Azərbaycan, Oman, BƏƏ və İraqdan da gedəcəyini söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər