16 Avqust 2020 00:45
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 20,997 mln ton neft nəql edilib.

Teleqraf.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yeddi ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 9,6% azalıb.

Cari ilin yanvar-iyul ayları ərzində BTC vasitəsilə 16,745 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 11% azdır.

Dövr ərzində BTC kəməri ilə 2,419 mln ton (11% az) tranzit nefti də nəql edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər