11 Oktyabr 2014 21:22
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 22-25-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri – 20-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi (Bakubuild-2014) keçiriləcək.

“İteca Caspian” şirkətindən Teleqraf.com-a bildiriblər ki, sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır. Belə ki, Bakubuild-2014 sərgisi dünyanın 29 ölkəsindən 500-dən çox şirkəti təqdim edəcək. Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ sərgidə milli qrupları ilə təmsil olunacaq.

Ənənəvi olaraq, Türkiyə istehsalçıları sərgiyə böyük heyətlə (41 şirkət) gələcəklər. Eksponentlərinin təxminən 40 faizi yerli inşaat şirkətlərindən ibarət olacaq budəfəki sərgidə tikinti avadanlıqlarının geniş çeşidi nümayiş etdiriləcək.

“Corella” markası sərginin baş sponsorudur. Qazax sement zavodu da sponsorlar arasında yer alacaq. Böyük Britaniyanın “İTE Group Plc” və Azərbaycanın “İteca Caspian” şirkətləri isə sərginin əsas təşkilatçılarıdır.


Müəllif:

Oxşar xəbərlər