Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası 2020-ci ilin sonuna qədər ziyarətçilər üçün qapalı qalacaq.
Teleqraf.com xəbər verir ki, bunu Bali meneceri Vayan Koster açıqlayıb.
Bildirilir ki, İndoneziyadakı səlahiyyətlilər Bali adasını koronavirus səbəbilə sentyabrın 11-də turistləri qarşılama qrafikini təxirə salıblar:
"İndoneziya hökuməti təhlükəli bir bölgə olaraq qaldığımız müddətcə 2020-ci ilin sonuna qədər qapılarını xarici qonaqlar üçün aça bilməyəcək. Mövcud vəziyyət xarici qonaqların İndoneziyaya və ya Baliyə gəlməsi üçün çox əlverişli deyil”.
Bu günə qədər adada 4 576 koronavirusa yoluxma halı aşkarlanıb, 52 nəfər dünyasını dəyişib. İndoneziyada isə 155 mindən çox yoluxma var, 6 759 nəfər isə ölüb.
İndoneziyanın ümumi gəlirinin üçdə birini təşkil edən adaya ötən il 6 milyon xarici turist gəlib. Hökumət aprel ayında epidemiyadan 10 milyard dollardan çox turizm gəlirinin itiriləcəyi xəbərdarlığını etmişdi.