26 Avqust 2020 13:59
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bank sektorunun mənfəəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Federal Əmanət Sığortası Korporasiyasının (FDIC) verdiyi açıqlamada 5 min 66 ticarət bankının və əmanət təşkilatlarının xalis mənfəətinin bu ilin ikinci rübündə 18,8 milyard dollar olaraq hesablandığı qeyd edilib.

Ötən ilin eyni dövründə göstərilən mənfəət 62,5 milyard dollar olub.

Bank mənfəətindəki azalmanın qeyri-müəyyən iqtisadi şərtlərlə əlaqəli olduğu vurğulanıb.

FDIC rəhbəri Jelena Viliams COVID-19 epidemiyasının səbəb olduğu iqtisadi təzyiqin bankların qazancını təsir etməyə davam etdiyini deyib. O, bank sektorunun hələ də iqtisadiyyat üçün "güc mənbəyi" olmağa davam etdiyini də bildirib:

“Bank sektoru bu ilin ikinci rübünün sonunda güclü kapital və likvidlik səviyyəsini qoruyub saxlamağa davam edib. Bu, gələcək zərərlərdən qorunmanı təmin edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər