ABŞ-da yeni ev satışları iyul ayında 13,9 faiz artaraq 901 minə yüksəlib ki, bu da 2006-cı ilin dekabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Teleqraf.com xəbər verir ki, məlumat ABŞ Ticarət Nazirliyinin iyul ayında yeni ev satışları statistikasında qeyd olunub.
May ayında yeni mənzil satışlarına dair bazar gözləntisi 1,3 faiz artımla 785 min səviyyəsində reallaşması yönündə idi. İyun ayı üçün yeni mənzil satış göstəriciləri 776 mindən 791 minə qədər dəyişib. ABŞ-da iyul ayında satışa qoyulan yeni evlərin orta satış qiyməti isə keçən ilə nisbətən 4,7 faiz artaraq 391 min 300 dollara yüksəlib.