28 Avqust 2020 17:38
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus böhranı Almaniyanın maliyyə vəziyyətini çətinləşdirir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil: “Peyvəndin tapılması və paylanması ilə xəstəliyin öhdəsindən gəlmək mümkündür. Amma peyvəndin 3 aya, 1 ilə istehsal olunacağı bəlli deyil. Bu da maliyyə imkanlarımız üçün qeyri-müəyyən risk yaradır”.

Merkel Almaniyanın Avropa Birliyi bərpa fondundan 22 milyard avro alacağını da ifadə edib: “Bu pulun böyük bir qismi Avropa Komissiyası tərəfindən müəyyən edilmiş çatışmazlıqları aradan qaldıran mövcud proqram və infrastruktur investisiyalarına xərclənəcək. Buna görə də, vəsaitin əhəmiyyətli hissəsi iqtisadi təşviq proqramı ilə qərara aldığımız, planlaşdırdığımız və bu günə qədər tam maliyyələşdirilməyən proqramlara gedəcək. Ölkə iqtisadiyyatını bərpa etmək üçün çox çalışmaq lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər