Hesablama Palatasında keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Şirvan Şəhər İcra Hakimiyyətinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan xərclərin istifadəsinə dair audit proqramları təsdiq edib.
Bu barədə Teleqraf.com-a Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin, həmçinin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” xərcləri bölməsi üzrə Naxçıvan MR Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair Audit proqramları təsdiq edilib.
Naibə