2021-ci ilə qədər neftin bir barelinin qiyməti 40-45 dollar arasında olacaq.
Teleqraf.com xəbər verir ki, bu, beynəlxalq kredit reytinq agentliyi "Moody's Investors Service” hesabatında öz əksini tapıb.
Hesabata görə, hazırda mənfi situasiyada olan qlobal neft və qaz sektoru 2021-ci ilin iyun ayına qədər gözlənilən canlanmaya bağlı olaraq sabit bir gedişlə davam edəcək.
İnteqrasiya olunmuş neft və qaz şirkətləri bu ilin ikinci rübündə canlanmanın ardınca təmizlənmiş məhsullara olan tələbin artmasından faydalanacaq. Ancaq tələb keçən illə müqayisədə 2021-ci ilə qədər daha zəif qalacaq.
Aprel-iyun dövründən sonra qismən yüksəliş meylli olan neft qiymətləri 2021-ci ilə qədər bir barel üçün 40-45 dollar civarında olacaq.