Qlobal iqtisadiyyatda 3,8 faiz nisbətində azalma və dərin tənəzzül gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Maliyyə İnstitutu (İİF) proqnozlaşdırır.
Açıqlamada bu il iqtisadiyyatda gözlənilən daralmanın qlobal maliyyə böhranı dövründəki daralmadan daha pis olduğu ifadə edilib. Eyni zamanda qlobal iqtisadiyyatın 2009-cu ildə 0,4 faiz azaldığı da xatırlanıb.
Açıqlamada bu ilin ilk yarısı üçün proqnozun yaxşı olmadığı bildirilib. Ümumi daxili məhsulun (ÜDM) inkişaf etmiş ölkələrdə bu ilin ikinci rübündə əvvəlki ilə nisbətən 11,5 faiz azaldığı, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında, böyüklüyünə görə Çin və Hindistan xaricində 10 faiz azaldığı qeyd edilib.