Sinqapur Hava Yolları Qrupu (SIA Qrupu) koronavirus səbəbindən 3 aviaşirkətdəki 2400 işçisini ixtisar edəcək.
Teleqraf.com xəbər verir ki, SIA bu qərarın bərpa müddətinin uzun və qeyri-müəyyənliklərlə dolu olacağı səbəbiylə qəbul edildiyini bildirib.
Qeyd edək ki,SIA Qrup "Sinqapur", "SilkAir" və "Tigerair" Hava Yollarından ibarətdir. Mart ayına qədər qrupun ümumilikdə 21 min 300 əməkdaşı olub. Şirkət sərnişin trafikindəki səviyyənin 2024-cü ilə qədər əvvəlki halına qayıtmayacağını proqnozlaşdırır.