13 Oktyabr 2014 22:12
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Muğanbank"ın Sabirabad və Cəlilabad şəhərlərində yeni filialları fəaliyyətə başlayıb.

Bankdan Teleqraf.com-a verilən məlumata görə, bank regionlarda xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın olub.

Yeni filialların açılması ilə "Muğanbank" regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır. Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.


Müəllif:

Oxşar xəbərlər