Böyük Britaniyanın neft şirkəti “BP Plc” artan neft tələbatının sona çatdığını elan edən ilk böyük şirkət olub.
Teleqraf.com xəbər verir ki, şirkətin hesabatında neft istehlakının koronavirus böhranından əvvəlki səviyyəyə heç vaxt çatmayacağı bildirilir.
Məruzədə ən optimist ssenaridə belə tələbin növbəti iyirmi il ərzində böyük ölçüdə üfüqi qalacağı qeyd edilib.
Qeyd edək ki, nəhəng enerji şirkətlərinin rəhbərlərindən OPEC ölkələrinin nazirlərinə qədər bir çox səlahiyyətli şəxslər neft istehlakının on illər boyu davam edəcəyini bildirirlər. BP ümumi baxışdan köklü bir uzaqlaşma olduğunu göstərir.