15 Sentyabr 2020 16:34
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin avqust ayında azərbaycanlılar Türkiyədə 145 mənzil alıblar.

Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyənin Statistika Komitəsi yayıb.

Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan xaricilər arasında 7-ci yerdədir.

Bildirilir ki, 2020-ci ilin avqust ayında əcnəbilərə 3 min 893 ev satılıb. Bu, əvvəlki ilin eyni ayına görə 8 % çoxdur.

Əcnəbilər ümumilikdə 8 ay ərzində İstanbuldan 9 min 596, Antalyadan 4 min 107, Ankaradan 1482, Yalovadan 653, Bursadan 643 ev alıb.

Ən çox ev İran vətəndaşlarına satılıb. İranlılar avqust ayında Türkiyədən 640 mənzil alıb. İraqlılar 592, ruslar 366, əfqanlar 156, azərbaycanlılar 154 mənzil sahibi olub.

Bu ilin yanvar-avqust dövründə iranlılar 3 min 808 evlə liderliyi davam etdiriblər. Sözügedən dövrdə iraqlılar 3 min 339, ruslar 1447, əfqanlar 1111 və azərbaycanlılar isə 700 evə sahib olublar.

Bu ilin yanvar-avqust ayında cəmi 20 min 896 mənzil əcnəbilərə satılıb, bu say keçən ilin eyni dövründə 27 min 748 olub.

Əcnəbilər mənzil alarkən üstünlük verdiyi yerlər arasında İstanbul birincidir. Keçən ay İstanbuldan 1648 ev alan əcnəbilər 2019-cu ilin avqust ayında 1549 evin sahibi oldu. İstanbuldan gələn əcnəbilərin mənzil alışı avqust ayında ötən ilə nisbətən 6,4 faiz artıb.


Müəllif: Yeganə Oqtayqızı