17 Sentyabr 2020 19:31
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xüsusi karantin rejimində məhdudiyyət tədbirlərinin yumşaldılması ilə 2020-ci ilin dördüncü rübündə iqtisadiyyatın bərpası başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qazprombank”ın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2020-ci ilin dördüncü rübündə və 2021-vi ildə Azərbnaycan iqtisadiyyatının bərpasına neft-qaz sektoru təsir göstərəcək. Neft-qaz sektorunun iqtisadiyyata mühüm təsiri ortamüddətli perspektivdə qalacaq. Buna 2018-ci ildə “Şahdəniz 2” layihəsinin, 2019-cu ildə TANAP-ın işə salınması və Türkiyə ilə İtaliya daxil olmaqla ixrac bazarlarına çıxış imkanlarının genişlənməsi kömək edir. Bu ölkələr 2020-ci ilin ilk səkkiz ayı ərzində 31 və 19 faiz göstərici ilə Azərbaycandan ən iri idxalçılardır.

Hesabatda o da qeyd olunur ki, məhdudiyyət tədbirləri ilk növbədə qeyri-neft sektoruna təsir göstərdiyi üçün 2020-ci ilin üçüncü rübündə iqtisadiyyat hələ də təzyiq altında qalacaq. Amma, xüsusi karantin rejimi üçüncü rübdə yumşaldığı və ictimai iaşə obyektlərinin fəaliyyət qismən bərpa olunduğu üçün bu müddətdə ÜDM-in azalması ikinci rübün pik dövrü ilə müqayisədə zəifləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər