CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 43,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.
Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,42 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.