“Sosial-iqtisadi fəsadlarından asılı olmayaraq Azərbaycanın haqlı müharibəsi torpaqların son qarışı azad edilənədək davam etməlidir və edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
O əminliklə qeyd edib ki, hər bir azərbaycanlı bu qədər müqəddəs çətinlikləri toy-bayramla qarşılayacaq:
“Bununla belə qəbul edilən qərarlar (komendant saatı kimi) mümkün qədər iqtisadi aktivliyə zərər vermədən çərçivələndirilməlidir. Arxa cəbhə (iqtisadiyyatımızın bütün sahələri və əməkçilərimiz, sahibkarlarımız) əvvəlki ilə müqayisədə daha çox çalışmalıdır. Çünki hələ biz Qarabağı da tikməliyik.
O ki qaldı real vəziyyətə, təkcə Bakı və Abşeronun iqtisadi potensialı Ermənistanla müqayisədə 3 dəfə böyükdür. Hür və qürurlu olacağımız günlərimiz çox yaxındadır!”.