Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) oktyabrın 13-də keçirilən hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər olub.
Birjanın informasiya-təhlil şöbəsindən Teleqraf.com-a bildiriblər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi. Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN olub.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməyib. Beləliklə, hər iki sessiyanın yekunlarına görə USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmayıb.
BEHS–də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməyib. EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilib, lakin bu alətlər üzrə əqdlər bağlanmayıb.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,13 faiz, ABŞ dolları üzrə isə 11,50 faiz təşkil edib.
Oktyabrın 14-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmayıb.