30 Sentyabr 2020 16:37
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (78,6 milyon ABŞ dolları) üçüncü olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında məlumat verilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 milyon) birinci, pambıq mahlıcı (6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər