5 Oktyabr 2020 16:10
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilədək dünyada 150 milyon insan yoxsulluq həddində yaşaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti David Robert Malpass xəbərdarlıq edib.

O, inkişaf etməkdə olan bəzi ölkələrin koronavirusun yaratdığı iqtisadi tənəzzül səbəbindən zəif böyümə və maliyyə çətinlikləri ilə mübarizə apardıqlarını bildirib: “Bəzi ölkələrin almış olduqları borcları ödəyə bilmədikləri aydındır. Buna görə borc səviyyəsini də azaltmalıyıq. Buna borcun dayandırılması və ya ləğvi adı verilə bilər. İnvestorlar borc ləğvi də daxil olmaqla bir növ rahatlıq təmin etməyə hazır olmalıdırlar".

David Malpass özəl bankların və investisiya fondlarının koronavirusun təsiri ilə mübarizə aparan ölkələrin borcları ilə əlaqədar kifayət qədər tədbir görmədiklərini də qeyd edib: “Məni məyus etdilər. Xüsusilə bəzi böyük Çin kredit təşkilatları da kifayət qədər iştirak etməlidir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər