12 Oktyabr 2020 17:49
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyadakı elektrikli nəqliyyat vasitələrinin sayı 2045-ci ilə qədər 430 milyona çatacaq. Bu da trafikdəki nəqliyyat vasitələrinin 16 faizini təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, məlumat Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) "Dünya Neft Görünüşü 2020" hesabatında dərc olunub.

Hesabata görə, trafikdəki nəqliyyat vasitələrinin ümumi sayı 2045-ci ildə 2,6 milyarda, elektrikli nəqliyyat vasitələrinin sayı isə 430 milyona çatacaq. Elektrikli nəqliyyat vasitələrinin sayı 2030-cu ildə trafikdə olan nəqliyyat vasitələrinin 5 faizini, 2040-cı ildə isə 13 faizini təşkil edəcək.

Dünyada elektrikli vasitə satışları da 2019-2045-ci illərdə 27 faiz artacaq. Təbii qazla və yanacaqla işləyən nəqliyyat vasitələrinin satışlarında proqnozlaşdırılan artıma baxmayaraq, 2045-ci ildə satılan minik avtomobillərinin 60 faizi hibrid elektrikli nəqliyyat vasitələri də daxil olmaqla daxili yanma mühərrikli nəqliyyat vasitələrindən ibarət olacaq.

Sözügedən dövrdə xüsusilə ağır ticarət avtomobillərində iqtisadi baxımdan ən cəlbedici seçim olduğu üçün dizel mühərriklərinin istifadəsi davam edəcəkdir.

Sıfır emissiya hədəfləri səbəbiylə elektrikli nəqliyyat vasitələrinin bəzi ağır ticarət avtomobillərində daha geniş yayılması gözlənilsə də, mayeləşdirilmiş təbii qaz (LNG) istifadəsi bu sahədə geniş yayılacaq. Beləliklə, 2019-cu ildə bazarda 96 faiz paya sahib olan adi yanacaqla təchiz edilmiş ticarət vasitələrinin nisbəti, 2045-ci ildə 79 faizə düşəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan Amerika və Avropa ölkələrində elektrikli nəqliyyat vasitələri geniş yayılacaq.

Norveç bu sahədə dünya lideri mövqeyini qoruduğu halda, təklif etdiyi vergi güzəştləri sayəsində, keçən il ölkədə satılan nəqliyyat vasitələrinin 42,4 faiz elektrik, 13,6 faizi elektrik hibrid elektrikli nəqliyyat vasitələri olub.

OECD bölgəsində elektrikli nəqliyyat vasitələrinin trafikdəki payı 2045-ci ilə qədər 55 faizə yüksələcəkdir. OECD və Çin xaricindəki bölgələrdə elektrik nəqliyyat vasitələrinin payı 2045-ci ildə 15-20 faizi keçməyəcək.

Yeni növ koronavirus (COVID-19) epidemiyası bu hədəfləri dayandırsa da, elektrikli nəqliyyat vasitələrinin yayılmasının əldə edilən sürətlə davam edəcəyi ifadə edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər